Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandan yalnız Yaponiya və Çinə göndərilir - ARAŞDIRMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan yalnız Yaponiya və Çinə göndərilir - ARAŞDIRMA

Kənd Təsərrüfatı Nazirliyi biyanın dünya bazarlarına ixracı imkanlarını araşdırmışdır


 

“Marja” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinın “İcmallaşdırma və statistik təhlil” şöbəsi tərəfindən Azərbaycanda biyan istehsalı və onun dünya bazarlarına ixracı imkanları ilə bağlı araşdırma aparılmışdır.

 

 Araşdırmada göstərilir ki, biyan kökünün əkin sahəsinin dünyada böyük bir ərazidə yayılmasına baxmayaraq, irihəcmli hasilat əsasən Çin və İranın payına düşür.

 

Həmçinin son dövrlər Türkmənistan da biyan ekstraktının təchizatçısına çevrilir. Ümumiyyətlə isə dünya bazarında həm biyan kökü, həm də biyan ekstraktına tələbat var. Amma dünya üzrə biyan kökünün ixracı, biyan ekstraktı qədər iri həcmli deyildir və buna səbəb biyan ekstraktının satış qiymətinin daha yüksək olmasıdır.

 

Azərbaycana gəldikdə isə ölkəmizdə 2014-cü ildən etibarən biyan ekstraktının ixracı artmışdır. Son illərdə Azərbaycandan ixrac olunan biyan ekstraktının qiymətində azalma müşahidə olunsa da, bu dünya üzrə müvafiq göstəricidən yuxarıdır.

 

Hazırda Azərbaycandan biyan ekstraktının ixracını yalnız Yaponiya və Çinə həyata keçirir. Bu ölkələr də öz növbəsində dünya üzrə ən böyük biyan ekstraktı idxalçılarındandırlar. Bundan başqa Azərbaycan üçün Rusiya və Türkiyə də potensial bazar hesab oluna bilər. Həmçinin hazırda dünyada biyan ekstraktını ən çox idxal edən ölkə olan Almaniyaya da Azərbaycan məhsulunun ixrac imkanları böyükdür.

 

Biyan məhsulunun qiymətinə gəldikdə isə bu həm də Orta Şərq ölkələrindəki iqtisadi və siyasi vəziyyətdən asılıdır. Çin məhsulu İran məhsulundan daha yuxarı qiymətə satılır, çünki Çin məhsulunun tərkibindəki qliserin turşusunun yüksək konsentrasiyası ilə əlaqədar ona olan tələbat daha yüksəkdir. Sertifikatlaşdırılmış üzvi biyan ekstraktının qiyməti adi ekstraktdan iki dəfə yuxarı olur. Əsas ekstrakt istehsalı mərkəzləri İran və Çində yerləşir. Ancaq Çin istehsalçıları son dövrlər öz satışlarını daha çox daxili bazara istiqamətləndirirlər, odur ki, biyan kökü və ekstraktının ənənəvi ixracatçısı olan Çin hazırda idxalçıya çevrilməkdədir. Bu, həm tələbatın artması, həm də Çində təchizatın aşağı düşməsi ilə əlaqədardır.

 

Qeyd etmək lazımdır ki, biyan köklərinin toplanması asan olsa da ekstraktın hazırlanması əhəmiyyətli həcmdə investisiya tələb edir. Coğrafi olaraq qlobal biyan ekstraktı bazarı Orta Şərq və Afrika, Avropa, Şimali Amerika, Latın Amerikası və Asiya-Sakit okean bazarlarına bölünür.

 

 2016-cı il üçün Çin, Hindistan və Yaponiya tərəfindən idarə olunan Asiya-Sakit okean bazarı qlobal biyan ekstraktı bazarının 32%-ni təşkil edərək dominant mövqe tutur. 2016-cı ildə qlobal biyan ekstraktı bazarındakı paya görə ikinci yerdə gələn Avropa bazarının yaxın gələcəkdə də eyni mövqedə olacağı proqnozlaşdırılır. İstehlakçıların sağlam həyat tərzini tərcih etmə meylləri ilə əlaqədar aşağı kalorili ərzaq məhsullarına olan tələbin artması bu regional bazarın da həcmini artıracağı gözlənilir. Birləşmiş Krallıq, Almaniya, Fransa və İtaliya Avropa biyan ekstraktı bazarının aparıcı ölkələridir. Azərbaycanlı istehsalçıların bu ölkələrə məhsul ixrac etmək imkanları mövcuddur

18.12.2017 13:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ