Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazir obyektləri gəzib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir obyektləri gəzib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkənin enerji sektorunda mühüm yer tutan bir sıra müəssisələrin fəaliyyəti ilə yaxından maraqlanıb.

 

Reklam_3_11

Nazirlikdən verilən məlumata görə, bu məqsədlə Şirvana səfəri çərçivəsində 780 MVt gücə malik “Cənub” elektrik stansiyasının işi ilə tanış olub. Müstəqillik dövründə tikilmiş ən böyük elektrik stansiyalarından biri kimi ölkənin enerji potensialının gücləndirilməsinə xidmət edən bu infrastruktur qurğusu barədə nazirə ətraflı məlumat verilib. Bildirilib ki, 2013-cü ildən istismara verilmiş stansiyanın fəaliyyəti keyfiyyətlilik və qənaətlilik prinsipinə əsaslanır. “Cənub” stansiyası analoji stansiyalardan fərqli olaraq faydalı iş əmsalı, sərfiyyat kimi məsələlərdə bir sıra üstünlüklərə malikdir.

Sonra energetika naziri yağ və quru tipli transformatorlar istehsal edən “ATEF Şirkətlər Qrupu” MMC-də olub, inkişaf etmiş ölkələrin texnologiyaları əsasında qurulmuş istehsalat prosesi ilə maraqlanıb.

P.Şahbazov Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayan Qaradağ rayonu ərazisindəki Səngəçal Elektrik Stansiyasına da baş çəkib. Ümumi gücü 300 MVt olan bu modul tipli stansiyanın qaz, mazut və dizellə işləmək imkanına malik olduğu qeyd edilib.

Dünyanın ən böyük neft və qaz terminallarından olan “Səngəçal” terminalının “Şahdəniz-2” layihəsi çərçivəsində genişləndirilən sahəsinə də gələn nazirə layihə üzrə tikinti və quraşdırma işlərinin gedişatı barədə məlumat verilib. Bildirilib ki, layihə çərçivsində işlər yekunlaşmaq üzrədir. Genişləndirmə tədbirləri ildə əlavə 16 mlrd. kubmetr qaz emalına imkan yaratmaqla, terminalın Azərbaycanın neft-qaz sənayesi üçün əhəmiyyətini daha da artıracaq.

Daha sonra Bakı İstilik Elektrik Mərkəzində (İEM) olan P.Şahbazov istehsal prosesinin dayanıqlılığını artırmaq məqsədilə həyata keçirilən tədbirlərlə maraqlanıb, müvafiq tapşırıqlar verib. 

18.12.2017 13:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ