Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Geriləmə üzə çıxdı - NEFT DÜŞSƏ, MANAT UCUZLAŞACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Geriləmə üzə çıxdı - NEFT DÜŞSƏ, MANAT UCUZLAŞACAQ

Azərbaycanın builki tədiyyə balansının profisiti rüblük müqayisədə 88 dəfə vazalaraq III rübdə 11 mln. ABŞ dollarına enib.

 

Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən bildirir ki, tədiyyə balansının cari ilin yanvar-sentyabr ayları ərzində 1 442 mln. dollar həcmində profisit yaranıb. Belə ki, I rübdə profisit 464 mln. dollar, II rübdə isə 967 mln. dollar olub. Bu da o deməkdir ki, III rübdə profisit cəmi 11 mln. dollar təşkil edib.

 

III rüb ərzində Azərbaycanın cari əməliyyatlar balansı 276,7 mln. dollar təşkil edib, bu da II rüblə müqayisədə 31,7% azdır. Belə ki, III rübdə xarici ticarət balansı 922,6 mln. dollar olub. Bu da II rüblə müqayisədə 41,9% aşağıdır. Qeyd edək ki, Azərbaycanın 2017-ci il ilk rübündə xarici ticarət balansı 1 890 mln. dollar, II rübdə isə 1 589 mln. dollar təşkil edib.

 

Malların ixracında isə o qədər də önəmli artım qeydə alınmayıb. İxrac III rübdə 3 680,5 mln. dollar təşkil edib ki, bu da rüblük müqayisədə cəmi 3,5% çoxdur.

 

Malların idxalında isə III rübdə ciddi artım var. Belə ki, III rübdə malların idxalı II rüblə müqayisədə 40,2% artaraq 2 757,8 mln. dollara çatıb. İlin ilk rübündə isə idxal 1 666 mln. dollar olub. Qeyd edək ki, III rübdə idxal 2014-cü ilin IV rübündən sonra ən yüksək həddə çatıb.

 

Analitiklər bildirir ki, neft qiymətlərində artım manatın məzənnəsinin sabitləşməsinə, nəticədə idxalın artmasına gətirib çıxarıb: "Lakin neft qiymətlərində azalma başlasa, o zaman manatın ucuzlaşdırılması zərurəti yaranacaq. Əks halda, tədiyyə balansı profisiti kəsirə dönə bilər".

 

© Report

18.12.2017 14:11

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ