Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Yaxın zamanda Latviyada Azərbaycanın Ticarət Evi açılacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yaxın zamanda Latviyada Azərbaycanın Ticarət Evi açılacaq”

Yaxın zamanda Latviyada Azərbaycanın Ticarət Evi açılacaq. Bunu Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov deyib.

 

Reklam_3_11

“Yaxın zamanda Latviyada Azərbaycanın Ticarət Evinin açılması planlaşdırılır”, - deyə o, müsahibəsində bildirib.

 

Səfir qeyd edib ki, Latviya tərəfi Azərbaycanla əczaçılıq, yeyinti sənayesi, metal emalı, yaşıl texnologiyalar, kənd təsərrüfatı, tikinti, turizm, nəqliyyat və tranzit sahələrində əməkdaşlığa maraq göstərir.

 

“İkitərəfli iqtisadi-ticari əlaqələrimiz də uğurla inkişaf edir. Coğrafi məsafəyə baxmayaraq Latviya və Azərbaycanın paytaxtlarını 3 aylıq mövsümi uçuşlar birləşdirir və hazırda müvafiq reysləri Latviyanın “AirBaltic” aviaşirkəti həyata keçirir. 2018-ci ildə bu reyslərin müddətinin 6 aya qədər uzadılması qərara alınıb”, - deyə C.Axundov bildirib.

 

Diplomat hesab edir ki, bu, iki ölkə arasında sərnişin, tranzit yükdaşımalarına, ticarətin və turizmin inkişafına öz təsirini göstərəcək və nəticədə aviareyslərin gələcəkdə bütün il boyu həyata keçirilməsinə geniş imkanlar açacaq.

 

«Ölkələrimiz beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi çərçivəsində də əməkdaşlığa xüsusi maraq göstərir və hazırda bu istiqamətdə davamlı iş aparılır», - deyə o vurğulayıb.

18.12.2017 14:58

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ