Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Şahdağ”a 3000 nəfərlik axın!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şahdağ”a 3000 nəfərlik axın!

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan və Azərbaycan turizm tarixində ən genişmiqyaslı layihə hesab olunan “Şahdağ” Turizm Mərkəzində sayca altıncı qış mövsümü dekabr ayının 16-dan etibarən açıq elan edilmiş, ağappaq qarla örtülmüş Şahdağ yamacları xizək həvəskarlarının istifadəsinə verilmişdir.

 

Bu tarix xizək mövsümünün açılışını həsrətlə gözləyənlər üçün bayram əhval-ruhiyyəsi ilə yadda qalmış, açılış gününə özəl olaraq yerli brendlərdən ibarət qış yarmarkası ilə yanaşı, canlı musiqi ilə müşaiyət olunan konsert proqramı təşkil olunmuşdur.

 

Nazirliyin yaydığ\ı məlumata görə, ilk dəfə olaraq məhz açılış günü mərkəzdə bu qədər izdiham yaşanaraq, gün ərzində mərkəzi 3000-dən çox turist ziyarət etmişdir.

 

Keçən il qış mövsümü ərzində 95 000-dən çox turist qəbul edən mərkəzə üz tutan turistlərin, eləcə də xarici turistlərin sayının ilbəil artdığından bu mövsümün keçən ilki rəqəmləri üstələyəcəyi proqnozlaşdırılır.

 

Açılış günü maraqlı anlar yaşanmış, üç il əvvəl məhz Şahdağda tanış olan cütlük toy mərasimlərini qeyd etmək üçün bəyaz Şahdağ yamaclarını seçmişlər.

 

Hər il olduğu kimi bu il də xizək və snoubord sürmə ilə yanaşı 13 müxtəlif qış əyləncəsi ilə də turistlərin ixtiyarına verilmişdir. Ənənəvi əyləncələr sırasına parapalan (dağ paraşütü) xidməti də əlavə edilmişdir. Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında  olurlar.

18.12.2017 15:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ