Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Malları ixrac edib, pulunu xaricdə dövriyyəyə buraxırlar”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Malları ixrac edib, pulunu xaricdə dövriyyəyə buraxırlar”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Gömrük Komitəsi Azərbaycandan ixrac olunan məhsulların dəyərinin ölkə ərazisinə gətirilməsinə daha ciddi nəzarət edəcək. Çünki xaricdə satılan Azərbaycan malları üzrə valyutanın bir hissəsinin ölkəyə vaxtında daxil olmadığına dair şübhələr yaranıb.  

   

“Marja”nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

 

“İxracatçı, pulu qabaqcadan ödənilməyən vəziyyətdə bankdan zəmanət məktubu alıb gömrük orqanına təqdim edirdi. Sonradan bu sənədin təqdim edilməsi ləğv edildi. Məqsəd sənədlərin azaldılması,  ticarətin sadələşdirilməsi idi.  Amma biz hiss edirik ki,  bu pulların xaricdən gec gətirilməsinə, xaricdə dövriyyəyə buraxılmasına şərait yaradır. Biz yenidən zəmanət məktubu alınıb gömrük orqanlarına təqdim edilməsinin bərpasını istəyirik və bu barədə təklifimizi hazırlayıb hökumətə təqdim etmişik. İndiki valyuta qıtlığı şəraitində satılan məhsulların pulunun ölkəyə gətirilməsi çox vacibdir”.

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi xarici valyutanın sərhəddən keçirilməsinə nəzarət etməyə cavabdehdir.

19.01.2017 11:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ