Bakıda beynəlxalq reklam və çap məhsulları sərgisi keçiriləcək
Gələn il sentyabrın 20-22-də Bakıda I Azərbaycan Beynəlxalq Reklam və Çap Məhsulları Sərgisi ("AdPrint 2018") keçiriləcək.
"Caspian Event Organisers" şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə reklam və çap məhsulları üzrə yeni texnoloji avadanlıqların istehsalı və satışı ilə məşğul olan ən orijinal ideyalar təklif edən reklam şirkətləri məhsul və xidmətlərini təqdim edəcək.
“Bu sərgi reklam xidmətlərinin bütün sahələrini əhatə edən yerli və xarici şirkətləri bir araya gətirəcək ən önəmli tədbirdir. Azərbaycanda bu sahənin sürətlə inkişafı, öz reklam xidmətlərini təklif edən çoxlu sayda yeni şirkətlərin yaranması, sahəyə olan rəqabət və tələbat, respublikada bu mövzuda sərginin keçirilməsi böyük maraqla qarşılanır”, - deyə "Caspian Event Organisers"in yaydığı məlumatda qeyd olunub.
Sərgi, əsasən, 5 bölmədən - vizual reklam texnologiyaları (led və led ekranlar, multimedia və lazer texnologiyaları, çöl və daxili reklamlar və sair), mətbəə və poliqrafiya xidmətləri, hər növ çap avadanlıq və ləvazimatlar (rəqəmsal çap, tekstil üzərində çap, genişformatlı çap, 3D çap və sair), reklam xidmətləri və tanıtımı (mobil reklam, onlayn-video reklam, veb-dizayn, brendləşdirmə və s.), reklam qablaşdırılması və etiketləri (rəngli etiketlərin çapı, dizayn və loqotip qablaşdırılma, qablaşdırılma ləvazimatları və s.) və irimiqyaslı tədbirlərin açar tərtibatından (şəhər və küçə tipli açıq məkanlarda irimiqyaslı tədbirlərin təchizatı, işıqlandırma, çadırlar və tentlər, modul tipli köşklər, tribunalar və s.) ibarət olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
4 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl