Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda “Tatra” maşınlarının istehsalına başlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda “Tatra”  maşınlarının istehsalına başlanacaq

Azərbaycanın Çexiyadakı səfirliyində “Gəncə avtomobil zavodu” və Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum imzalanıb.

 

Səfirlikdən verilən məlumata görə, memorandumu “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “Tatra” şirkətinin idarə heyətinin sədri Petr Rusek imzalayıb.

 

Əldə edilmiş razılaşmaya əsasən, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ “Tatra” yük maşınlarının istehsalına başlanacaq.

 

Memorandumun imzalanması münasibətilə keçirilən tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Azərbaycan-Avropa Ticarət Palatasının rəhbərliyi və mətbuat nümayəndələri iştirak ediblər.

 

Tədbirin açılışında çıxış edən F.Şəfiyev “Tatra” şirkətinin Azərbaycanın sənaye sahəsinə daxil olmasını əlamətdar hadisə kimi qiymətləndirib və eyni zamanda Çexiya şirkətinin “Gəncə avtomobil zavodu”na göstərdiyi etimadı təqdirəlayiq adlandırıb.

 

Səfir həmçinin sözügedən Memorandumun imzalanmasının Azərbaycanın qeyri-neft sektoruna töhvə verəcəyinə ümidvar olduğunu qeyd edib.

 

“Gəncə Avtomobil Zavodu” İB 2004-cü ilin dekabr ayında fəaliyyətə başlayıb. Hazırda zavodda “Belarus” traktorları, MAZ, KAMAZ və “Ural” yük avtomobilləri yığılır.

18.12.2017 17:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ