Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Toyota 10 yeni modeli ilə rəqiblərinə meydan oxumağa hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Toyota 10 yeni modeli ilə rəqiblərinə meydan oxumağa hazırlaşır

Toyota, elektrikli avtomobil rəqabətində 10 yeni modeli ilə meydan oxumağa hazırlaşır.


 

Toyota 2020-ci ilin əvvəlindən başlayaraq 10-dan çox elektrikli avtomobili təqdim edəcəyini açıqladı. "Marja" xəbər verir ki, Yapon istehsalçı batareyalarla işləyən avtomobillərə keçişdə rəqiblərinə çatmaq üçün səy göstərir. 

 

Toyota və lüks markası Lexus, 2025-ci ilə qədər bütün kateqoriyada elektrikli modellər təqdim edəcək. Toyota dünyanın ikinci böyük avtomobil istehsalçısıdır.

 

Toyota, 2030-cu ilə qədər, ildə 5,5 milyon elektrikli avtomobil satmağı hədəfləyir.

 

Toyota şirkətində direktor köməkçisi Shigeki Terashi, Bazar ertəsi günü təşkil edilən mətbuat konfransında bildirib ki, şirkət hədəflərinə çatmaq üçün 2030-cu ilə qədər araşdırma və inkişafa təxminən 13,3 milyard dollar xərcləyəcək. Terashi bunun təxminən yarısının batareya texnologiyasına xərclənməsi lazım olacağını söyləyib. 

 

Dünyanın ən böyük avtomobil bazarı olan Çin, 2040-a qədər benzin və dizellə işləyən avtomobil satışlarına son verə bilər.Digər hökumətlər də atmosferi çirkləndirən avtomobillərin satışına qadağa qoyulacağını bəyan ediblər.

 

Bloomberg-in məlumatlarına görə 2017-ci ildə bir milyon ədəd/  elektrikli vasitə (elektromobil) satılacaqdır. Bu son beş ildə səkkiz qat artım deməkdir.

19.12.2017 05:37

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ