Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bakıda yeni hipermarket açılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda yeni hipermarket açılır

YENİ BRAVO HİPERMARKET TEZLİKLƏ XİDMƏTİNİZDƏ!


 

Bu ilin əvvəlində Əhmədli qəsəbəsində ilk hipermarket formatlı mağazasını istifadəyə verən BRAVO şəbəkəsi qısa zaman ərzində müştərilərinin sevimlisinə çevrilib.

 

Minimum qiymətə maksimum keyfiyyətli məhsul təklifləri ilə tanınan BRAVO şəbəkəsi əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Belə ki, dekabrın 21-dən yeni BRAVO hipermarket “20 Yanvar” metro stansiyası yaxınlığında müştərilərinin ixtiyarına veriləcək.

 

Yerli və dünyanın dörd bir tərəfindən gətirilən təzə, təravətli qida və keyfiyyətli qeyri-qida malları, daim yenilənən zəngin çeşidi, əla qiymətləri, xüsusi təklifləri və promo kampaniyaları ilə məşhurlaşan BRAVO hipermarketdə alış-veriş etməkdən xüsusi zövq alacaqsınız. Bundan başqa marketlər şəbəkəsində BRAVO özəl ticarət markasına məxsus qida məhsullarını daima aşağı qiymətlərlə ala bilərsiniz.

 

Hipermarket formatına xas zəngin alış-veriş ənənəsini qoruyan mağaza müştərilərinə aşağıdakı bölmələr üzrə növbənöv seçim imkanı təklif edir:

 

-Geniş təravətli meyvə və tərəvəz məhsulları bölməsi

-Böyük ət, dəniz məhsulları, qastronomiya, un və qənnadı məhsulları bölmələri

-Dondurulmuş məhsul çeşidləri

-Şərab və spirtli içkilərdə bol seçim imkanı

-Zəngin körpə qidası və qulluq vasitələri seçimi

-Dəftərxana ləvazimatları və oyuncaqlar

-Geniş çeşiddə kosmetika, şəxsi qulluq və gigiyena bölmələri

-Qadın, kişi və uşaqlar üçün geyim çeşidləri

-Zəngin tekstil məhsulları

-Geniş çeşiddə məişət əşyaları, qab-qacaqlar

-Kiçik mebel və mebel aksesuarları

-Böyük və kiçik məişət texnikası

-Bağ və bağçılıq məhsulları bölməsi

-İdman məhsulları

-Elektrik və əl alətləri bölməsi


Hipermarketin gülərüz, peşəkar komandası həftənin 7 günü, səhər saat 8-dən gecə saat 12-dək sizin canla-başla xidmətinizdədir.

 

Alış-verişdən zövq alacağınız “20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən yeni Bravo hipermarketdə görüşənədək! 


Bravo! Yüksək qiymətlərə qarşıdır! 


Bizi sosial media hesablarımızda izləyin və son məlumatlardan xəbərdar olun.

 

19.12.2017 08:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ