Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın qərb qonşusu ilə ticarətinin həcmi məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın qərb qonşusu ilə ticarətinin həcmi məlum oldu

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 744,2 mln. dollar təşkil edib.

 

Reklam_3_11

Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, cari ilin 11 ayı ərzində Azərbaycan Gürcüstandan 221 mln. 813,6 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 522 mln. 483 min dollar dəyərində olub.


Gürcüstanın xarici ticarət dövriyyəsində Azərbaycanın payı 7,8% təşkil edib.

 

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 9 mlrd. 563,8 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 12,9% çoxdur. Ölkənin ixracı 27% artaraq 2 mlrd. 439,7 mln. dollar, idxal isə 8,8% artaraq 7 mlrd. 124,1 mln. dollar təşkil edib.

 

2017-ci ili 11 ayı ərzində Gürcüstanın ən çox ixrac etdiyi məhsullar arasında mis filizi və konsentratlar (ümumi ixracın 15,5%-i) birinci yeri tutub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq  ferroərintilər (11,7%) və minik avtomobilləridir (8,1%).

 

Gürcüstanın ən çox idxal etdiyi məhsulların ilk üçlüyündə isə neft və neft yağları (ümumi idxalın 8,7%-i), minik avtomobilləri (5,8%) və əczaçılıq məhsulları (4,4%) yer alıb.

 

© APA

19.12.2017 08:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ