Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Agent şirkət Palatanın nəzarətində!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Agent şirkət Palatanın nəzarətində!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sığorta agenti fəaliyyəti göstərən “Profam” MMC sözün əsl mənasında Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətindədir.

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, hazırda “Profam” sığorta vasitəçisində sığorta fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə riayət olunmasına dair yoxlama gedir və məlumatlar ictimayyətə açıqlanacaqdır.


 

"Beyli Group"a daxil olan “Profam” 2008-ci ildə yaradılmışdır. Şirkətin sığorta agenti lisenziyası vardır. Şirkətin əsas fəaliyyət istiqamətləri, könüllü və icbari sığorta növlərinin satışının təşkil edilməsi, sığorta müqavilələri bağlanan zaman sığorta predmetinə baxışın keçirilməsi, dəyərinin müəyən edilməsi, habelə sığorta hadisələrinin araşdırılması, dəymiş zərərin müəyyən edilməsi və bu kimi digər xidmətlərin həyata keçirilməsindən ibarətdir.


 
Sığorta satışını onlayn şəkildə həyata keçirən www.insure.az saytı  “PROFAM” şirkətinin layihəsidir. 

 

“PROGRESS”Ə 1 AYLIQ CƏZA

 

Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 106.1-ci (106.1.7, 106.1.10) maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna sığorta agenti fəaliyyəti üçün verilmiş 29.02.2016-cı il tarixli, 088992 nömrəli lisenziyasının qüvvəsini 1 ay müddətinə dayandırıb.

 

Palata tərəfindən aparılmış yoxlama zamanı Cəmiyyətin fəaliyyətində sığorta qanunvericiliyin tələblərinin pozulması faktları  aşkar edilmişdir. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmamış, “Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmamışdır. Bununla bağlı şirkətə nöqsanların aradan qaldırılması üçün bir ay müddətinə vaxt verilmişdir və həmin müddət ərzində nöqsanların vaxtında aradan qaldırılmayacağı təqdirdə müvafiq qanunvericiliyə əsasən sözügedən sığorta agentliyinin lisenziyasının  ləğvi məsələsinə baxılacağı bildirilmişdir.

 

"AXA-MBASK" DA YOXLANIB

 

Həmçinin 27.09.2017-31.10.2017 aralığında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına  əsasən “AXA Mbask” Sığorta şirkətində yoxlama keçirilmişdir.  


 
Aparılmış yoxlama nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən “AXA Mbask” Sığorta şirkətinə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-Təqdimat verilmişdir.

 

DÖVLƏT ŞİRKƏTİ DƏ YOXLANIR

 

Hazırda, “Azərsığorta” DKSŞ-də sığorta fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə riayət olunmasına dair yoxlama gedir. Palata tərəfindən “Azərsığorta” DKSŞ-da aparılan yoxlamanın nəticələri müzakirə olunmaqdadır və “Sığorta fəaliyyəti haqqında” Qanununun müəyyən etdiyi müddət ərzində sığortaçıya icrası məcburi göstəriş-təqdimat veriləcəkdir. 

 

Bəs, məcburi göstəriş-təqdimat nədir? Ətraflı: http://marja.az/news/16847

 

Sığortaçılar və vasitəçilər qanunsuz endirim etməkdə davam etdiklərinə, qanunverciliyin tələblərinə məhəl qoymadıqlarına görə, Palata ciddi tədbirlər görməyə başlayıb.

 

19.12.2017 09:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ