Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının yeni sədri təsdiqlənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının yeni sədri təsdiqlənib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının yeni tərkibinə Mixail Eduardoviç Oseyevski rəhbərlik edəcək. O, bank VTB-nin idarə heyəti sədrinin müavini vəzifəsində çalışır.

 

Reklam_3_11

Mixail Oseyevski 1960-cı ildə Leninqrad şəhərində anadan olub. Bank VTB-də 2012-ci ildən fəaliyyət göstərir. VTB24 və VTB (Gürcüstan) müşahidə şuralarının tərkibinə daxildir, eləcə də VTB (Qazaxıstan) və VTB (Belarus) banklarının direktorlar şurasının üzvüdür.

 

Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının (MŞ) sədrinin müavinləri vəzifəsinə Anna Şumeyko və Rəşad Rəsullu təyin edilib. Bankın MŞ tərkibinə həmçinin VTB(Azərbaycan)-ın səhmdarlarının nümayəndələri daxil olub: AtaHolding-dən Müseyib Əliyev və Qorxmaz Ağayev, eləcə də VTB-dən Sergey Tsarev və VTB24-dən Dmitriy Popov.

 

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

19.01.2017 11:44

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ