Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

DəmirBank: Bizdə əmanətçilərin sayı artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
DəmirBank: Bizdə əmanətçilərin sayı artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

DəmirBank-a etibar edən əmanətçilərin sayı artır. 2016-cı ilin əvvəlindən müştərilər tərəfindən DəmirBank-a manat ekvivalentində 181 milyondan artıq vəsait yerləşdirilib. Bu barədə Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir.

 

"Bu isə DəmirBank-ın 27 illik fəaliyyəti dövründə müştəriləri qarşısında qazandığı inam və etibarın göstəricisidir",- Bankın məlumatında deyilir.

 

DəmirBank müştərilərin tələblərinə uyğun, çox sərfəli şərtlərlə müxtəlif əmanət növləri təklif edir. Əmanətçilərin rahatlığı üçün Bank tərəfindən bir sıra əlavə imkanlar yaradılmışdır. Belə ki, əmanətlərin artırılması prosesinin sədələşdirilməsi məqsədilə, müştərilər üçün Banka məxsus terminallardan vəsait əlavə etmək imkanı yaradılmışdır. Müştərilər əmanətlərini plastik kartda yerləşdirərək vəsaitlərindən məhdudiyyətsiz istifadə etməklə yanaşı faiz gəliri qazana bilərlər.

 

Bundan əlavə qeyd olunmalıdır ki, hazırda DəmirBank-da “2% hədiyyə” Yeni il kampaniyası mövcuddür. Aksiyanın şərtlərinə əsasən dollarla əmanət yerləşdirmiş müştərilərə illik cari faizlə yanaşı, yatırılan əmanət məbləğinin 2%-dək hissəsi plastik kartda hədiyyə verilir. Qeyd olunmuş aksiya 27 yanvar 2017-ci il tarixinədək davam edəcək. 

12.12.2016 12:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ