Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank ARDNF-dən alacağı 7,5 milyardın xərclənmə istiqamətlərini açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank ARDNF-dən alacağı 7,5 milyardın xərclənmə istiqamətlərini açıqlayıb

"Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu il Azərbaycan Mərkəzi Bankına (AMB) nəzərdə tutulan 7,5 mlrd. manatadək (təxminən 4,1 milyard dollar) məbləğdə transfertin həyata keçirilməsi böyük makroiqtisadi sabitlik üçün prezident İlham Əliyevin verdiyi dəstəkdir".

 

Bunu  açıqlamasında AMB-nin İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

 

"Biz uzun müddət Maliyyə Sabitliyi Şurası çərçivəsində əlaqədar iqtisadi qurumlarla geniş müzakirələr nəticəsində bütövlükdə bankın qlobal tarazlaşması amillərini təhlil etmişik. Bunlardan ən mühüm məqam dövlətin il üzrə xarici borcları, TANAP layihəsinin maliyyələşdirilməsi, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və il üzrə bankın xarici borc öhdəliklərinin tənzimlənməsi, o cümlədən ehtiyac yaranarsa Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılması da hərrac vasitəsilə deyil, məhz transfert hesabına baş tutacaq. Bütün bu faktorlar ona yönəlir ki, fiksə olunmuş bu öhdəliklər valyuta bazarına təzyiqi neytrallaşdırsın. Bu isə məzənnənin bazar prinsipləri əsasında və böyük volatillik olmadan formalaşmasına şərait yaradacaq", - deyə sədr müavini qeyd edib.

 

© APA

19.01.2017 12:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ