Mərkəzi Bank ARDNF-dən alacağı 7,5 milyardın xərclənmə istiqamətlərini açıqlayıb
"Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu il Azərbaycan Mərkəzi Bankına (AMB) nəzərdə tutulan 7,5 mlrd. manatadək (təxminən 4,1 milyard dollar) məbləğdə transfertin həyata keçirilməsi böyük makroiqtisadi sabitlik üçün prezident İlham Əliyevin verdiyi dəstəkdir".
Bunu açıqlamasında AMB-nin İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.
"Biz uzun müddət Maliyyə Sabitliyi Şurası çərçivəsində əlaqədar iqtisadi qurumlarla geniş müzakirələr nəticəsində bütövlükdə bankın qlobal tarazlaşması amillərini təhlil etmişik. Bunlardan ən mühüm məqam dövlətin il üzrə xarici borcları, TANAP layihəsinin maliyyələşdirilməsi, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və il üzrə bankın xarici borc öhdəliklərinin tənzimlənməsi, o cümlədən ehtiyac yaranarsa Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılması da hərrac vasitəsilə deyil, məhz transfert hesabına baş tutacaq. Bütün bu faktorlar ona yönəlir ki, fiksə olunmuş bu öhdəliklər valyuta bazarına təzyiqi neytrallaşdırsın. Bu isə məzənnənin bazar prinsipləri əsasında və böyük volatillik olmadan formalaşmasına şərait yaradacaq", - deyə sədr müavini qeyd edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
23 d. əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
2 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək