Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bitcoin alanlar üsyan edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitcoin alanlar üsyan edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kriptovalyuta bazarında 600 milyard dollar pul fırlanır. Lakin bu bazar üçün pis hadisələr yaşanır.

 
"Marja" xəbər verir ki, dünya miqyasında Bitcoin-ə kiber hücumlar baş verir. Cənubi Koreyada fəaliyyət göstərən Youbit's birjası iflas edib. Hücumlar Türkiyəyə də təsir edib. Yaşanan çətinliklər Türk investorlarını bezdirib. Sayları 7 min 500-ü keçən kriptovalyuta birjaları arasında TL ilə əməliyyat aparıla bilinən dörd birjada əmrləridə baş verən gecikmələr investorların sosial mediada üsyan etmələrinə səbəb olub.


 
TL ilə Bitcoin və bənzəri kripto pul vahidlərinin alınıb satdıldığı BTCTURK, Paribu, Koinim və Koineks platformalarında gecikmələr mövcuddur. Bu problemlərin Bitcoin-in rekord üstünə rekord qırarkən daha da artdığı müşahidə edilməyə başlanıb.

 

Şikayətlərin bir digəri isə xaricdəki Bitcoinin dollar qiyməti ilə Türk birjalarındakı TL qiyməti arasındakı qiymət "qayçısının" (arbitraj) açılmasıdır.


 
Problemlər sosial mediada da geniş müzakirə edilir.

 

Bitcoin investorlarının yaşadığı problemlərdən bir digəri isə, xüsusilə Bitcoinin qəfil yüksəlişə keçdiyi dövrlərdə yerli platformada aparılan servis işləri səbəbilə əməliyyat aparılmasının dayandırılmasıdır.

 
Kripto pulların arxasında hər hansı bir tənzimləyici orqan və qanun yoxdur. Mümkün zərər zamanı ziyançəkənlərə heç bir kompensasiya ödənilməyəcəkdir.


 
"ÖLÜMCÜL BİTCOİN-DƏN UZAQ DURUN!


 
Danimarka Mərkəzi Bankının sədri Lars Rohde, həftənin əvvəlində dövlət televiziyasına verdiyi müsahibəsində, kripto pul haqqında, "Ölümcül Bitcoin-dən uzaq durmalısınız" deyib. Bitcoinin nəzarət olunmayan bir bazar olduğuna diqqət çəkən Rohde, işlərin tərs getməsi halında kripto pul investorlarının rəsmi orqanlara şikayət etməməyi məsləhət görüb.

 

Yaponiyanın naliyyə naziri Taro Aso da Bitcoinin bir pul vahidi olmadığını deyib.

20.12.2017 05:22

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ