Mobil manşet üstü reklam_21

Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə bağlı tədqiqat başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə bağlı tədqiqat başlayır

Dünya Bankı Cənubi Qafqazda kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə bağlı tədqiqata başlayacaq.

 

"Marja" xəbər verir ki, bunu Dünya Bankının nümayəndəsi, kənd təsərrüfatı iqtisadı üzrə mütəxəssis Bekzod Şamsiyev bildirib.

 

O qeyd edib ki, 6 ay müddətində araşdırılacaq regionda mövzu ilə bağlı hazırkı vəziyyət, dünyada mövcud innovativ texnologiyalar və bu texnologiyaların araşdırılan ölkələrdə tətbiqi imkanları öyrəniləcək və tövsiyələr hazırlanacaq. Araşdırılacaq innovativ texnologiyalar xəstəliklərin monitorinqi, investisiya ehtiyaclarının öyrənilməsi, bazar imkanlarının asanlaşdırılması, təchizat zəncirinin təşkili, ekoloji qiymətləndirmə kimi bir neçə qrupu əhatə edəcək.

 

 “Bu texnologiyalar dünyada yeni deyil. Sadəcə olaraq, getdikcə ucuzlaşır və daha əlçatan olur. Biz bu texnologiyalardan kənd təsərrüfatı məhsulları istehsalçılarının və onlara xidmət göstərənlərin faydalanmasına çalışacağıq” -Dünya Bankı nümayəndəsi diqqətə çatdırıb.

 

Qeyd edək ki, dünən Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Dünya Bankının kənd təsərrüfatı üzrə tapşırıq qrupunun rəhbəri Bekzod Şamsiyev ilə görüşüb.

20.12.2017 05:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ