Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ-da neft ehtiyatları daha çox azaldı, qiymətlər yüksəldi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft ehtiyatları daha çox azaldı, qiymətlər yüksəldi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, ABŞ-da neft ehtiyatlarının gözlənildiyindən daha çox azalması ilə əlaqədar olaraq yüksəlib.
 


"Marja" xəbər verir ki, neft Nyu-Yorkda, Çərşənbə axşamı günü 0.6 faiz artdıqdan sonra 0.6 faiz də qalxıb.

 

Özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da ehtiyatlar ötən həftə 5.2 milyon barrel azalıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların isə ehtiyatların 3.15 milyon barrel düşdüyünü göstərməsi gözlənilir. Əgər rəsmi göstəricilər bu şəkildə çıxarsa, mühüm əhəmiyyətə malik Şimal Dənizi boru xəttinin bağlanmasından sonra onsuz da azalan təklif daha da azalmış olacaqdır.

 

Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 19 sent yüksələrək 57.75 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 12 sent və ya 0.2 faiz yüksələrək bareli 63.92 dollara qalxıb.

 

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvləri və aralarında Rusyanın da olduğu tərəfdaşları hasilatlarını 2018-ci ilin sonuna qədər azaltmaq barədə razılaşıblar. Məqsəd neft qiymətlərinin qalxmasına nail olmaqdır.

 

Goldman Sachs Group Inc.-ə görə, bazar 2018-ci ilin ortalarında yenidən tarazlaşacaq və OPEC müqaviləni gələn ilin ikinci yarısında dayandıracaqdır.

20.12.2017 06:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ