Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kapitalı 645 milyon manat olacaq yeni dövlət agentliyi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapitalı 645 milyon manat olacaq yeni dövlət agentliyi!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nizamnamə fondu 644 mln. 987,156 min manat təşkil edəcək.


Bu barədə qurumun nizamnaməsində qeyd edilib. Ölkə başçısı ötən gün imzaladığı fərmanla Avtomobil Yolları Dövlət Agentliyinin nizamnaməsini təsdiqləyib.


Agentliyin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçi tərəfindən ona verilmiş digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşacaq.

 

Qurumun fəaliyyətinə nəzarət Azərbaycan prezidenti, həmçinin verilmiş təsisçi səlahiyyətləri çərçivəsində Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək.

 

Agentliyi yalnız prezident ləğv və ya yenidən təşkil edə bilər.

 

Xatırladaq ki, ötən gün prezident Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

 

Azərbaycan Prezidentinin 18 Pktyabr 2017-ci il tarixli Fərmanına əsasən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilir.

 

© APA

20.12.2017 06:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ