Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

10 sığorta şirkətinin yığımları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
10 sığorta şirkətinin yığımları azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-noyabr aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 10-nun yığımları illik müqayisədə artıb, 10-nun yığımları azalıb, 1 şirkət ("Naxçıvan Sığorta") isə ötən ilin ilk 11 ayında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

 

Reklam_3_11

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

 

Hesabata əsasən, yığımları ən çox artan şirkət "Günay Sığorta"dır. Bu şirkət hesabat dövründə 8,776 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 257,7% çoxdur. Yığımları ən az artan şirkət isə "AXA Mbask"dır. Bu şirkətin daxilolmaları yanvar-noyabrda 20,74 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,6% çoxdur.

 

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət hazırda "Amrah Sığorta"dadır. Bu şirkət 11 ay ərzində cəmi 16 min manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71,3% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" şirkətindədir. Bu şirkətin yığımları 3,3% azalaraq 31,146 milyon manata düşüb. 

 

© "Renkinq"

20.12.2017 07:45

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ