Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan İspaniya futbolunun baş sponsoru ola bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan İspaniya futbolunun baş sponsoru ola bilər

Bir neçə il əvvəl Madrid “Atletiko”suna sponsorluq edən Azərbaycan İspaniya Kral Futbol Federasiyasının baş sponsoru ola bilər. Bu iddianı məşhur “As” nəşri irəli sürüb.

 

Reklam_3_11

Bildirilir ki, qarşıdakı 5 ildə qurumun baş sponsoru olacaq Azərbaycan ispaniyalılara 50 milyon dollar ödəməlidi.

 

Amma siyasi arenalarda baş verənlər və əksər yığmaların, o cümlədən İspaniya millisinin Rusiyadakı dünya çempionatına gedib-getməməyinin müzakirəyə çıxarılması müqavilənin taleyini sual altına salıb.

 

Bu da İspaniya futbol qurumunda müəyyən narahatlıqlara səbəb olub. Hətta federasiyanın marketinq direktoru Visente Kasado və idman direktoru Fernando Yerronun Bakıya səfəri də təxirə salınıb. Onların hətta ölkəmizə imzalanmalı olan sənədlərlə gəldiyi də iddia edilir.

 

İndi federasiya rəhbərliyi DÇ-2018-lə bağlı FİFA-nın yekun qərarını gözləyir və yığmanın mundialdakı iştirakının təsdiqlənəcəyi an müqaviləni imzalamağa çalışacaq. Bu baş tutsa, federasiyanın tarixində ən bahalı anlaşma olacaq.

 

© APA

20.12.2017 08:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ