Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AGBank bankomatlarının "beynini" yenilədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
AGBank bankomatlarının "beynini" yenilədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AGBank bankomatların proqram təminatında təkmilləşdirmə işləri aparıb.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, həm AGBank-ın partnyorı olan və həm də Diebold Nixdorf tərəfindən avtorizə olunan BS2 şirkətinin, Azərbaycanda ilk dəfə olaraq, istifadəçilərin ehtiyaclarını nəzərə almaq şərti ilə təqdim etdiyi yeni proqram təminatı nəticəsində AGBank bankomatları indi daha təhlükəsiz və etibarlıdır. 

 

Qeyd edək ki, bankomatların sayına görə AGBank Azərbaycanda fəaliyyət göstərən banklar arasında hər zaman ilk sıralarda qərarlaşıb. Hal-hazırda  bank Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Yevlax, Şamaxı, Şirvan və Salyanda yerləşən 65 bankomatla xidmətinizdədir.

 

Məlumat üçün bildiririk ki, AGBank-ın bankomatları vasitəsilə nağd pulun çıxarılması, hesab üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin və kommunal xidmətlərin ödənilməsi, karta pul vəsaitlərini mədaxil olunması (cash in) , bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card), kartı olmayan şəxslərə  pul göndərilməsi və onlardan pul alınması (Cash by code) imkanlarını verən əməliyyatları aparmaq mümkündür.

20.12.2017 09:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ