Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gürcüstan xarici avtomaşınlar üçün yeni qayda tətbiq edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan xarici avtomaşınlar üçün yeni qayda tətbiq edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstan parlamenti ölkəyə daxil olan xarici dövlət nömrə nişanlı avtomaşınlarla bağlı yeni qanun qəbul edib. Qanuna əsasən, 15 gündən artıq Gürcüstan ərazisində qalan xarici nömrəli maşının sürücüsü ölkəyə daxil olan zaman nəqliyyat vasitəsini sığortalamalıdır. Qanun layihəsi prezident tərəfindən təsdiqlənərsə, 2018-ci il 1 mart tarixindən qüvvəyə minəcək.

 

Bu barədə "Sputnik Georgia" agentliyi xəbər verir.

 

Layihəyə əsasən, Gürcüstana daxil olan xarici nömrəli maşınların sığorta qiyməti nəqliyyat vasitəsinin növundən və sığorta müddətindən asılı olacaq. Sürücülər sığortanı nəzarət-keçid məntəqəsində əldə edilə biləcəklər. Avtonəqliyyat vasitəsini 15, 30, 90 günlük, həmçinin 1 illik sığortalamaq mümkün olacaq. Sığorta yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmişə dəymiş həm fiziki, həm də maddi zərəri əhatə edəcək.

 

Sürücülər sığorta olunmayan motosiklet, minik avtomobili, kənd təsərrüfatı texnikasına görə 100 lari (39,2 dollardan çox), avtobus və yük avtomobilləri üzrə 200 lari (78,4 dollar) cərimələnəklər.

 

© Report

20.12.2017 09:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ