Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“IBM Global Market”in vitse-prezidenti İlham Əliyevin qəbulunda olub - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“IBM Global Market”in vitse-prezidenti İlham Əliyevin qəbulunda olub - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan prezidenti İlham Əliyev IBM Global Market korporasiyasının baş vitse-prezidenti Erik Klementini qəbul edib.

 

Reklam_3_11

Erik Klementi təmsil etdiyi şirkətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında yaxşı əməkdaşlığın həyata keçirildiyini deyib.

 

O, bu səfəri zamanı Azərbaycanla əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini qeyd edərək, IBM şirkətinin ölkəmizlə uzunmüddətli əlaqələr qurmaqda maraqlı olduğunu vurğulayıb.

 

Dövlət başçısı isə IBM şirkətinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu qeyd edib. Prezident İlham Əliyev ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet təşkil etdiyini vurğulayaraq, bu sahədə artıq böyük nailiyyətlərin əldə olunduğunu deyib. Bu yaxınlarda Azərbaycanda “Bakutel-2017” sərgisinin keçirildiyini deyən dövlət başçısı sərgini beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmli tədbir kimi dəyərləndirib.

 

Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz böyük iqtisadi potensiala və perspektivlərə malikdir və xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır. Dövlət başçısı IBM şirkəti ilə Azərbaycan arasında gələcəkdə uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib

20.12.2017 13:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ