Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Uber" üçün acı qərar

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "Uber" üçün acı qərar

Avropa "Uber"in nəqliyyat şirkəti olduğuna qərar verdi



 
Mərkəzi Lüksemburqda yerləşən, Avropa Birliyinin (AB) ən yüksək məhkəməsi Avropa Ədalət Divanı, Uber şirkətinə qarşı açılan məhkəmə işi üzrə qərarını açıqlayıb.

Reklam_3_11


 
"Marja" xəbər verir ki, qərarda, "Uber-in peşəkar olmayan sürücülər ilə sərnişinlər arasında yaratdığı əlaqə nəqliyyat sahəsindəki xidmətlərə girir. Bu səbəbdən bu xidmətin təmin olunmasına dair şərtləri üzv ölkələr tənzimləyə bilər",-ifadəsi istifadə edilir.


 
Qərarla, Uber-in, AB üzvü olan 28 ölkədə fəaliyyət göstərə bilməsi üçün yerli rəsmi orqanlardan taksi şirkətləri kimi icazələr alması və bu ölkələrdəki tələblərə tabe olması lazımdır.

 

Uber-ə qarşı cinayət işi, 2014-ci ildə İspaniyanın Barselona şəhərində "Elita Taxi" tərəfindən edilən müraciət əsasında açılmışdı. "Elite Taxi", Uber-in bir nəqliyyat şirkəti olaraq qəbul edilməsini, bu səbəbdən şirkətin ölkədəki hüquqi tənzimləmələrlə uyğun olaraq lazımi lisenziya və icazə alması lazım olduğunu iddia etmişdi.

 

Uber, məhkəməyə, sadəcə sürücülərlə sərnişinlər arasında vasitəçilik edən bir tətbiq (proqram) olduğunu bildirmişdi.

 

Uber, ağıllı telefonlara yüklənən proqram ilə sürücülər və səyahət edəcək şəxsləri görüşdürür. Sistem, taksilərdən daha münasib qiymətlərlə nəqliyyat imkanı yaradır.

20.12.2017 11:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ