Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

MDB-də ilk dəfə olaraq Azərbaycanda yerinə yetirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
MDB-də ilk dəfə olaraq Azərbaycanda yerinə yetirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Azərbaycanın “Silk Way Technics” şirkəti MDB ölkələri arasında ilk dəfə olaraq müasir “Boeing 787-8 Dreamliner” avialaynerində “C-Check” həcmində baza texniki xidməti yerinə yetirmişdir.


"Silk Way Technics" şirkətinin mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumata görə, “C-Check” baza texniki xidməti çərçivəsində ümumilikdə 1679 saat planlı işlərin və 174 saat isə plandankənar işlərin yerinə yetirilməsinə sərf olunmuşdur. Bu xidmət təyyarənin bütün sistemlərinin, avadanlıqlarının və strukturunun iş qabiliyyətinin yoxlanılması üzrə ən dəqiq və mürəkkəb yoxlama tiplərindən biridir. O, uçuş saatının sayı, enmə sayı və ya təyyarənin təqvim istismar müddəti ilə ölçülən ciddi müəyyən olunmuş intervallar vasitəsilə yerinə yetirilir. Texniki xidmətin bu forması xeyli dərəcədə ağırlığı və işin yerinə yetirilməsinin ciddi dövriliyi ilə fərqlənir.


Qeyd edək ki, bundan öncə “Silk Way Technics” “Boeing 747-8” təyyarələrində analoji baza xidməti yerinə yetirmişdir.


Bu gün “Silk Way Technics”in bazasında Azərbaycan və digər ölkələrin aviaşirkətləri tərəfindən istismar olunan Boeing 747-400, 747-8, 757-200, 767-300, 787-8, Airbus A319/320/321 və А340-500/600, Embraer 170/190 və Gulfstream G200, G280, G450, G550, G650, ATR42 kimi hava gəmiləri və onların komponentlərinə operativ texniki xidmət və baza xidməti yerinə yetirilir.


Regionda və MDB ölkələrində aparıcı texniki xidmət mərkəzlərindən biri olaraq, “Silk Way Technics” texniki xidmət üzrə təsdiqlənmiş təşkilatdır və Azərbaycan (SCAA), Avropa (EASA), ABŞ (FAA), Bermud adaları (BCAA), Qətər (QCAA) və Küveytin (DGCA) aviasiya hakimiyyətlərinin sertifikatlarına malikdir. Şirkət bütün növ hava gəmilərinə xidmət olunması üçün öz texniki imkanlarını artırmağı bundan sonra da davam etdirəcək.

20.12.2017 12:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ