Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

9 sığorta şirkətinin ödənişləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
9 sığorta şirkətinin ödənişləri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-noyabr aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 10-nun ödənişləri azalıb, 1 şirkət ("Qala Sığorta") ötən ilin ilk 11 ayında ödəniş etmədiyi və 1 şirkət  ("Naxçıvan Sığorta") ötən ilin ilk 11 ayında bazarda olmadığı üçün isə onların ödənişlərində dinamika qeydə alınmayıb.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

 

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Günay Sığorta"dır. Bu şirkət hesabat dövründə 1,002 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 506,1% çoxdur. Ödənişləri ən az artan şirkət isə "Atəşgah Sığorta"dır. Bu şirkətin ödənişləri yanvar-noyabrda 14,4 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,9% çoxdur.

 

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta"dadır. Bu şirkət 11 ay ərzində 7,146 milyon manat ödəniş edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Amrah Sığorta" şirkətindədir. Bu şirkətin ödənişləri 66,8% azalaraq 60 min manata düşüb.

 

© Renkinq

20.12.2017 12:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ