Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Fitch” Beynəlxalq Banka muştuluq verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Fitch” Beynəlxalq Banka muştuluq verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Fitch” Beynəlxalq Reytinq Agentliyi 20 dekabr 2017-ci il tarixində Bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozlarına yenidən baxılacağını elan edib.

 

Reklam_3_11

Beynəlxalq Bankdan "Marja"ya daxil olmuş məlumata görə, metodologiyada aparılan dəyişikliklərə uyğun olaraq, Fitch 'ccc' reytinq proqnozu səviyyəsinə + və - modifikatorlarının tətbiqini planlaşdırır.

 

Buna əsasən, ABB-nin hazırda “ccc” səviyyəsində olan dayanıqlıq reytinq proqnozuna (VR) yenidən baxılması nəzərdə tutulur.

 

Reytinq proqnozlarının dəyişməsi bankın risk profilinin qiymətləndirilməsindən asılı olaraq 2018-ci ildə elan ediləcək. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra, bankın xarici valyutada uzunmüddətli reytinqi Fitch tərəfindən “B-” səviyyəsinə yüksəldilib.

 

Qeyd edək ki, restrukturizasiya ilə əlaqədar olaraq Bankın reytinqləri aşağı salınmışdı."Pis" aktivlərin Bankdan transferi başa çatdıqdan və dövlətin öhdəliklərin bir hissəsini üzərinə götürdükdən sonra Sentyabrda restrukturizasiya proqramı uğurla başa çatmışdı.

 

Beynəlxalq Bankın bu ilin Noyabr ayında yenilənmiş reytinqi aşağıdakı kimidir:

 

Long-Term IDR: upgraded to 'B-' from 'RD', Outlook Stable
Short-Term IDR: upgraded to 'B' from 'RD'
Viability Rating: upgraded to 'ccc' from 'f'
Support Rating: affirmed at '5'
Support Rating Floor: affirmed at 'No Floor'
Senior unsecured debt: assigned at 'B-'; Recovery Rating 'RR4'

20.12.2017 12:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ