Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qəbələ Fındıq Zavodunun gücü artırılacaq, yeni məhsullar istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qəbələ Fındıq Zavodunun gücü artırılacaq, yeni məhsullar istehsal ediləcək

Fındıqçılıq Qəbələnin iqtisadiyyatında aparıcı yerlərdən birini tutmaqla yanaşı, həm də rayon əhalisinin əsas məşğuliyyət sahələrindən biridir. Kəndlilər yetişdirdikləri məhsulun bir hissəsini rayonda fəaliyyət göstərən Qəbələ Fındıq Emalı Zavoduna təhvil verirlər. Müəssisəyə Oğuz, Zaqatala və Qax rayonlarından da fındıq gətirilir.

 

Reklam_3_11

Bu emal müəssisəsinə qəbul olunan qabıqlı fındıq, ilk növbədə, təmizlənir, çəkilir, laboratoriyada məhsulun keyfiyyəti və nəmliyi yoxlanılır. Təmizlənmə sahəsində fındıq ləpəsinin içindən standarta uyğun olmayan, cürük, yarı bölünmüş ləpələr və digər qarışıqlar seçilib götürülür. Qablaşdırma sahəsində isə təmizlənən fındıq ləpəsi polietilen vakuum paketlərə qablaşdırılır. Təxminən 200 nəfərin işlədiyi müəssisədə saatda 700 kiloqram fındıq qovuran, duzlayan, qovurulan fındığı doğrayan, doğranmış fındıq üçün ələk sistemi avadanlıqları quraşdırılıb. Bütün bu məhsullar metal detektorlardan keçərək qablaşdırılır.

 

Hazır məhsullar əsasən Almaniya, İtaliya, İspaniya və digər Avropa ölkələrinə ixrac edilir. İxrac olunan məhsullar “ekoloji təmiz məhsul” kodu altında satılır. 2005-ci ildən fəaliyyət göstərən müəssisədə fındıq ləpəsindən püre, şokolad kremi, duzlu və şəkərli fındıq ləpəsi, üzərinə şokolad çəkilmiş fındıq ləpəsi və digər məhsulların hazırlanması da nəzərdə tutulur. Bu məhsullar da MDB və Avropa ölkələrinə ixrac ediləcək.

 

Rayonda fındıqçılığın inkişafına uyğun olaraq zavodun gücü daha da artırılacaq.

 

Ötən il Qəbələdə 900 hektar sahədə yeni fındıq bağı salınıb. Həmçinin əlavə olaraq 600 hektar sahədə yeni fındıq bağlarının salınması üçün torpaqlar müəyyənləşdirilib və il ərzində 270 hektar sahədə fındıq tingi əkilib.

 

Qeyd edək ki, hazırda Qəbələ rayonunda 3827 hektar fındıq bağı var. Bunun 3480 hektarı bar verəndir. Bu il bağlardan 8 min 600 tondan artıq məhsul götürülüb. Yığılan fındığın satışı ilə bağlı problem olmayıb. Bağbanlar fındığın bir kiloqramını 3 manata satıblar.

 

© Azərtac

20.12.2017 12:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ