Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlayıb və bu siyasət il ərzində davam etdiriləcək". Bunu  açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini bildirib.

 

"Məzənnənin tam liberallaşması rejiminə keçidlə bağlı biz pul siyasətinin əsas hədəfi olaraq növbəli şəkildə pul bazasının həcmini seçmişik. 2017-ci ilin pul siyasətinin əsas istiqamətləri bəyanatına fikir versəniz görərsiniz ki, artıq pul bazasının həcmini hədəfləyirik. Həm məzənnənin liberallaşması, həm də pul bazasının hədəflənməsi gələcəkdə orta müddətli dövrdə inflyasiyanın hədəflənməsi rejiminə keçidə hazırlıqdır. Maliyyə Sabitliyi Şurası üzvlərinin də iştirakı ilə xüsusi pul proqramı qəbul olunub. Sərtlik ondan ibarətdir ki, xüsusi pul proqramı bütün emissiya kanallarını nəzarətə götürür, yəni optimal səviyyədə olur. İkinci istiqamət isə faiz siyasətidir ki, bu da kifayət qədər sərtləşib. 2016-cı ildə uçot dərəcəsi 15%-ə qədər artırılıb. Şərait tələb edərsə, bu alətdən (uçot dərəcəsindən - red.) də istifadə olunacaq. Yəni pul siyasətinin sərtləşdirilməsi pul bazasının pul proqramı əsasında nəzarətə götürülməsidir", - deyə A. Babayev bildirib.

 

Bank sektorundan əldə edilən məlumata görə, kommersiya bankları gündəlik əsasda tənzimləyicini pul qalıqları barədə məlumatlandıracaq. AMB isə bu məlumatlar əsasında müvafiq qiymətləndirmələr aparacaq.

19.01.2017 13:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ