Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ərəb aviaşirkətinə "Naxçıvan təklifi"!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərəb aviaşirkətinə "Naxçıvan təklifi"!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" şirkətinə Naxçıvan Muxtar Respublikasına reysin açılması imkanlarını öyrənməyi təklif edir. 

 

Bu barədə Azərbaycanın BƏƏ-dəki səfirliyinin məlumatında deyilir.

 

“Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov “Etihad Airways” şirkətinin vitse-prezidenti Amer Xanla görüşdə aviaşirkətin Naxçıvana uçuşların həyata keçirilməsini nəzərdən keçirməsini təklif edib, Naxçıvanın zəngin potensialını nəzərə alaraq bu reyslərin BƏƏ turistləri tərəfindən böyük maraqla qarşılanacağını qeyd edib”, - deyə məlumatda bildirilir.

 

A.Xan deyib ki, “Etihad Airways” 2018-ci ilin mart ayının 2-dən etibarən Abu Dabi-Bakı reysini açacaq. O, reyslərin həyata keçirilməsinə qədər görüləcək işlər, şirkətin rəsmilərinin Bakıya çoxsaylı səfərlərinin planlaşdırıldığı barədə məlumat verib.

 

D.Şikarov “Etihad Airways” şirkətinin Bakıya birbaşa reyslərə başlamasının qürur hissi yaratdığını bildirib, qısa müddət fəaliyyətdən sonra reyslərinin sayının artırılacağına əminliyini ifadə edib. O, Azərbaycanın Dubay əmirliyi ilə iqtisadi və turizm əlaqələrinin inkişaf etdiyini, lakin Abu Dabi əmirliyində istər qeyd olunan, istərsə də mədəni, təhsil və səhiyyə sahələrində əməkdaşlıq üçün potensialın yüksək olduğunu bildirərək birbaşa uçuşların bu sahədə görülən tədbirlərə xüsusi töhfə verəcəyini və yeni imkanlar yaradacağını da vurğulayıb.

 

© İnterfaks-Azərbaycan

20.12.2017 13:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ