Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Hotellər bayramqabağı qiymətlərini qaldırdılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hotellər bayramqabağı qiymətlərini qaldırdılar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni il bayramı ilə əlaqədar Bakıda bəzi hotellər qiymətləri artırıblar.

 

Bunu  Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

 

Onun sözlərinə görə, qiymət artımı Bakıdakı 5 ulduzlu tanınmış brend hotellərdə müşahidə edilir.

 

N.Bağırov qiymət artımının səbəbini Azərbaycana bayram ərəfəsində turistlərin axın etməsi ilə əlaqələndirib: “Qiymət artımı artıq gələnlərin sayının çox olmasının göstəricisidir. Dünya turizm praktikasına görə də hotellər Yeni il və başqa bayramlar qabağı qiymətlərini qaldırırlar. Çox təəssüflər olsun ki, hotellər belə addımlar atır”.

 

N.Bağırov hotellərin qiymət siyasətində sərbəst olduqlarını da söyləyib:

 

“Hər bir hotel hansısa sahibkarındır. Onlar qiymətləri qaldıra da, endirə də bilərlər”.

 

© Trend

20.12.2017 14:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ