Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiyanın iqtisadi inkişaf naziri Bakıya gələcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyanın iqtisadi inkişaf naziri Bakıya gələcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

 

Dekabrın 25-də Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Bakıya rəsmi səfər edəcək.

 

Bu barədə Nazirliyin rəsmi veb-saytında məlumat yerləşdirilib.

 

Məlumatda deyilir ki, M.Oreşkin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan Biznes şuralarının iclasında iştirak edəcək.

 

Həmçinin, onun Azərbaycanda Rusiya İxrac Mərkəzinin Bakı nümayəndəliyinin açılışını edəcəyi də gözlənilir.

 

Görüş zamanı tərəflər cari vəziyyəti və ticarət və energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və turizm kimi mühüm sektorları, o cümlədən Rusiya və Azərbaycan arasında iqtisadi münasibətlərin perspektivlərini müzakirə edəcək. Görüşün əsas mövzuları investisiya layihələri və təşəbbüslərin dəstəklənməsi, eləcə də iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələr üçün şəraitin yaxşılaşdırılması məsələləri olacaq.

 

Geniş tərkibli iclasda federal icra hakimiyyəti orqanlarının nümayəndələri, Rusiya və Azərbaycanın biznes dairələrinin təmsilçiləri iştirak edəcəklər. İclasda həmçinin Azərbaycan-Rusiya Biznes Şurasının sədri İsgəndər Xəlilov, Rusiya-Azərbaycan Biznes Şurasının sədri Pyotr Fradkov iştirak edəcək.

 

Görüşün sonunda hər iki ölkənin nazirləri anlaşma memorandumu imzalayacaq. 

 

 

20.12.2017 14:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ