Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR bu il neft hasilatını 2% azaldıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR bu il neft hasilatını 2% azaldıb

Bu ilin yanvar-noyabr aylarında SOCAR 6 mln. 802,3 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,91% azdır.


SOCAR-ın statistik məlumatlarına görə, bu ilin noyabr ayında dövlət şirkəti tərəfindən 604 min ton neft hasil olunub ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 2,26% azalma deməkdir. Cari ilin oktyabr ayı ilə müqayisədə isə ötən ay neft hasilatı 2,42% azalıb.


2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatının ümumi həcmi 35 mln. 326 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,34% azalmadan xəbər verir.

 

Yalnız ötən ay Azərbaycan üzrə hasilat 3 mln. 174,3 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,87% çoxdur. Oktyabr ayı ilə müqayisədə isə noyabrda neft hasilatı 4,7% azalıb.

 

2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 mln. 521 min ton olub.

 

© APA

20.12.2017 14:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ