Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Nutella-nın istehsalçısı iddialara cavab verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nutella-nın istehsalçısı iddialara cavab verdi

Ferrero Qrupu, şokolad və fındıq qarışığından ibarət məhsulu olan Nutella ilə bağlı ortaya atılan iddialara cavab verib.

 

"Marja" xəbər verir ki, "Ferrero Türkiyə" şirkətinin direktoru  Azmi Gümüşlüoğlu, son günlər Avropa Qida Təhlükəsizliyi Şurasının (EFSA)  2016-cı ilin May ayında açıqladığı hesabatının məzmunundan istifadə edilərək başda "Nutella" olmaqla məhsulları haqqında ortaya atılan iddialara təşkil etdiyi mətbuat konfransında cavab verib.

 

Azmi Gümüşlüoğlu, "İstehlakçılarımız arxayın Nutella yeyə bilərlər. Biz buna zəmanət verməküçün məhsulu ən yüksək sağlamlıq təhlükəsizliyi standartlarında çıxarırıq. Nutella, İtaliya və bütün dünyada qürurla rəflərdəki yerini qorumaqdadır. EFSA-in şərhləri bütün bitki mənşəli yağları əhatə etməkdədir" deyə bildirib.

 

"Nutella dünyanın heç bir yerində rəflərdən yığdırılmamışdır"

 

Gümüşlüoğlu, Nutella-nın İtaliyada rəflərdən yığdırıldığı xəbərlərinə bağlı, "İddialar əsassızdır. Məhsulumuz heç bir ölkədə rəflərdən yığışdırılmamışdır. Bu iddianın çıxış nöqtəsi İtalyan supermarket şəbəkəsi Coop-un palma yağı ehtiva edən özünə aid markalı market məhsullarını rəflərdən götürməsidir. Coop öz məhsulunu yığışdırmasına baxmayaraq Nutella-nı hələ də rəflərində satmaqdadır.  İtaliya daxil, dünyanın dörd bir tərəfində Nutella və digər məhsullarımızın satışı nizamlı bir şəkildə davam etməkdədir" deyib.

 

“BÜTÜN YAĞLARDA 200 DƏRƏCƏ İSTİDƏ TƏHLÜKƏLİ MADDƏLƏR ƏMƏLƏ GƏLİR ”

 

EFSA hesabatında heç bir şəkildə palma yağının istehlak edilməməsinə dair bir tövsiyə olmadığını və 50 ildir palma yağı istifadə etdiklərini bildirən Gümüşlüoğlu çıxışına belə davam etdirib:

 

"Palma yağı Avropa Birliyi kodekslərinə də uyğun olaraq kakaolu məhsulların istehsalında istifadə edilməsi uyğun olan 5 yağ növündən biridir. EFSA hesabatı çoxlu sayda qida məhsulu və yağlar üzərindəki maddələrə dair analizləri ehtiva etməkdədir. Hesabata görə, 200 dərəcənin üzərində istilikdə bütün yağlarda təhlükəli maddələrin meydana gəlməsi riski artmaqdadır. Hesabatı mənbə göstərib yayılan xəbərlər əsassızdır. Bu məzmunda EFSA hesabatının doğru dürüst oxunmadığı ortadadır."

19.01.2017 13:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ