Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Litecoin-in banisi bütün Litecoin-lərini satdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Litecoin-in banisi bütün Litecoin-lərini satdı

2011-ci ildə Bitcoin-ə qarşı transferi daha sürətli və ucuz alternativi olaraq Litecoin (LTC) adlı şifrəli pulu yaradan Çarli Li (Charlie Lee), bu gün Reddit üzərindən heyrətamiz bir açılama edib.


 
"Marja" xəbər verir ki, 18 milyard dollarlıq bazar qiyməti ilə dünyanın ən böyük beşinci şifrəli pulu olan Litecoin-in banisi, əlindəki bütün Litecoin-ləri satdığını bildirib. 

Reklam_3_11

 

Çarli Linin açıqlamasına görə, o, artıq sosial şəbəkədəki izləyiciləri tərəfindən günahlandırılmaq istəmir. Bu səbəbdən bütün Litecoin-ləri ötən günlərdə satdığını qeyd edib. 


 
Linin etdiyi açıqlama:

 

"Ötən son bir il ərzində paylaşdığım "tweet"lərdə qiymətlərlə bağlı məsələlərdən mümkün olduqca uzaq qalmağa çalışdım. Ancaq Litecoin belə nəhəng bir sürətlə böyüyərkən bunu aparmaq da getdikcə çətinləşdi. Litecoin haqqında yaxşı və ya pis xəbərlərlə bağlı "tweet" atanda şəxsi mənafe məqsədli paylaşımlar etdiyim ittihamlarına məruz qaldım. Hətta bəziləri LTC-də qısa mövqe (satış istiqamətində) aldığımı da iddia edib. Çox  təsirim olduğu üçün, LTC puluna sahib olmağım maraq toqquşmalarına səbəb olmağa başlayıb.Heç vaxt yazdığım hər bir tweet-dən əvvəl və ya sonra LTC alqı-satqsı etməmişəm. Əlbəttə, bunu yalnız mən bilirəm. Ancaq bu məsələdə hər zaman şübhələr olacaq. Bu səbəbdən ötən günlərdə sahib olduğum bütün LTC pullarını satdım və hamısını xeyriyyə təşkilatlarına bağışladım. 6 il fasilədən sonra ilk dəfə tək bir LTC-yə də malik deyiləm. Bu çox qəribə bir hissdir. Amma narahat olmayın, Litecoini tərk etmirəm. Litecoin ilə bağlı işlərimə davam edəcəyəm. Onsuz da Litecoin müvəffəqiyyətə çatsa, bir çox fərqli şəkildə əvəzini alacağam. Bunun üçün hökmən Litecoin sahibi olmağıma ehtiyac yoxdur".


 
Litecoin dünən Bitfinex birjasında 370 dollar ilə ən yüksək səviyyəsinə çıxmışdı.

 

Açıqlamadan sonra Litecoin 4,5% ucuzalaşaraq 335,7 dollara düşüb.

 

 Bu şifrəli pul bu il bu ana qədər sərmayədarına 7600 faiz qazandırıb.

20.12.2017 14:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ