Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Halal hotellər qarşısında qoyula biləcək tələblər açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Halal hotellər qarşısında qoyula biləcək tələblər açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda dindar şəxslərin ibadət edə bilməsi üçün halal hotellər qarşısında qoyula biləcək tələblər açıqlanıb.

 

Bu tələblər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış "Halal idarəetmə sistemi-Hotellər" adlı dövlət standartı layihəsində öz əksini tapıb.

 

Layihənin müəlliflərindən biri - Azərbaycan Menecment və Turizm Universitetinin Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov  bildirib ki, layihəyə əsasən, mehmanxanada ibadət etmək istəyənlər üçün dəstəmaz alma yeri və kifayət qədər böyüklükdə namaz otağı və ya məscid olmalıdır. Dəstəmaz alma yerləri (kran, çanaqlar və s.), kişilər ilə yanaşı, qadın və uşaqların da fiziki quruluşuna uyğun olmalıdır:

 

"Qadınlara aid hissədə açıq qapıdan içəridəki şəxslərin görünməsini istisna edən qabaqlayıcı tədbirlər (arakəsmə və s. quraşdırılması) görülməlidir. Məscidlər və ya namaz otaqları, ətrafdan gələ biləcək səs-küyü və musiqi səsini keçirməyəcək formada izolyasiya edilməlidirlər. Mehmanxananın istirahət otaqlarında aylıq/həftəlik namaz vaxtlarını göstərən təqvim, qiblə istiqaməti göstəricinin otaqda olduğu yeri (siyirmə içi, şkaf içi, otağın tavanı və s.) və məscidin/namaz otağının yeri (yerin planı və s.) Azərbaycan dili ilə yanaşı, ən azı ərəb, ingilis dillərindən birində ifadə edilən elan olmalıdır".

 

R.Səfərov əlavə edib ki, layihəyə əsasən, cümə namazının mehmanxananın məscidində, namaz otağında qılınmaması halında namaza getmək istəyənlərin yaxınlıqdakı məscidlərə daşınması üçün kifayət qədər xidmət vasitəsi olmalıdır. Budan başqa, azan oxunarkən hotelin məscidi və ya namaz otağına yaxın yerlərdə musiqi səslənməməlidir.

 

R.Səfərov qeyd edib ki, mehmanxana otaqlarında qiblə istiqamətini göstərən işarə olmalı, hər otaqda aylıq/həftəlik namaz vaxtlarını göstərən təqvim və bir "Qurani Kərim" və ya "Qurani Kərim"in Azərbaycan dilinə tərcüməsi və səccadə (canamaz) saxlanılmalıdır. Lift və ya dəhlizlərdə namaz vaxtlarını və məscidin yerini göstərən elanlar (məlumat qeydi, yerləşmə planı və s.) olmalıdır.

 

Qeyd edək ki, layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti 5 ildir.

 

© Trend

21.12.2017 06:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ