Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Bakı Fond Birjası imkanlarına görə dünyada ilk 4-lükdədir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakı Fond Birjası imkanlarına görə dünyada ilk 4-lükdədir"

Hazırda Bakı Fond Birjasının (BFB) infrastrukturu 1 saniyə ərzində 25 min əqd bağlamağa imkan verir, ümumilikdə isə Birjada 138 maliyyə aləti mövcuddur.

 

Reklam_3_11

Bunu Bakıda keçirilən “Kapital bazarları-2018” adlı tədbirdə “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri Vüqar Namazov deyib.

 

Onun sözlərinə görə, BFB-nin platforması bazar iştirakçıları – emitentlərin və investorların tələblərinə tam cavab verir:

 

“2016-cı ildə Cənubi Koreyadan olan mütəxəssislərin iştirakı ilə Birjanın platforması yenilənib və hazırda o, imkanlarına görə dünyada ilk 4-lükdədir. İndi əsas məqsədimiz bu platforma üzərindən biznesi canlandırmaqdır”.

 

V.Namazov onu da deyib ki, rəhbərlik etdiyi qurum yeni törəmə maliyyə alətlərini tətbiq etməyə və bununla da xarici investorları Azərbaycan bazarına gətirməyə çalışır: “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də nəzərdə tutulub ki, 2020-ci il qədər bazarın inkişafına dair bir sıra tədbirlər görülsün. Listinqin canlandırılması, şirkətlərin səhmlərinin ilkin tədavülə buraxılması prosesinin sürətləndirilməsi Birjanın inkişaf strategiyasında da nəzərdə tutulub”.

 

© Report

21.12.2017 07:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ