Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Avropa bankı Azərbaycan şirkətinə Manatla kredit verir - İLK DƏFƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa bankı Azərbaycan şirkətinə Manatla kredit verir - İLK DƏFƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Azərbaycanda plastik borular, fitinqlər, konteynerlər və qəliblərin aparıcı istehsalçısı, habelə polad boru, boru kəmər elementləri  və metal prokatı üzrə aparıcı treyderi olan METAK şirkətinə yerli valyutada ilk korporativ krediti ayırır. Bu barədə "Marja"ya AYİB-dən bildirilib.

 

Reklam_3_11

8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə maliyyələşmə şirkətin fəaliyyətinin genişləndirilməsi planlarının həyata keçirilməsində mühüm rol oynayacaq. 1997-ci ildə ticarət şirkəti kimi təsis edilən METAK, uzun illər ərzində uğurlu istehsala imza atmış və Azərbaycanda metal və plastik boruların istehsalı üzrə öndə gedən şirkətlərindən birinə çevrilmişdir.

 

AYİB-in ayırdığı kredit artmaqda olan bazar tələblərinə uyğun olaraq METAK-ın fəaliyyətinin genişlənməsinə şərait yaradacaq. İnvestisiya şirkətin mövqeyini gücləndirəcək və rəqabət qabiliyyətini artmasına səbəb olacaq. METAK yeni istehsalat müəssisələrinin inşası da daxil olmaqla, öz fəaliyyətini Sumqayıt və Balaxanı şəhərlərində genişləndirməklə istehsal gücünü daha da artırmağı planlaşdırır.

 

Bu, Azərbaycanda 2017-ci ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan Milli Bank arasında AYİB-in yeni imkanları fonunda yerli kiçik və orta sahibkarlığa (KOS) milli valyuta ilə kredit verilməsi ilə bağlı imzalanmış Anlaşma Memorandumundan bəri ilk sövdələşmədir.

 

AYİB-in Azərbaycandakı rəhbəri Ivana Fernandes Duartenin sözlərinə görə:

 

“Biz Azərbaycanda istehsal və xidmət sektorunun inkişafına dəstək verməyimizdən çox məmnunuq. AYİB özünün uzun müddətli yerli valyuta ilə maliyyələşdirmə və güclü iş təcrübəsinə əsaslanaraq şirkətə gələcəkdə rəqabət qabiliyyətini daha da gücləndirməyə və yerli iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməkdə kömək edəcəkdir”.

 

AYİB Azərbaycanda aparıcı institusional investordur. Ölkədə fəaliyyətə başlamasından bu günə qədər Bank maliyyə, korporativ, infrastruktur və enerji sektoruna 163 layihə üzrə 2,8 milyard ABŞ dolları məbləğində sərmayə yatırmışdır ki, bu da özəl sektora qoyulan investisiyanın 58 faizini təşkil edir.

21.12.2017 08:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ