Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda telefonla kapital bazarlarında alqı-satqı başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda telefonla kapital bazarlarında alqı-satqı başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn ildən Azərbaycanda pərakəndə investorlar kapital bazarına investisiya şirkətlərinə getmədən çıxa biləcəklər.

 

Reklam_3_11

Bunu Bakıda keçirilən “Kapital bazarları-2018” adlı tədbirdə “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri Vüqar Namazov deyib.

 

“Bu, artıq kapital bazarı üçün dönüş nöqtəsi olacaq. İnsanlar ofisdə oturaraq mobil telefonla kapital bazarındakı alətləri görə və bazarda iştirak edə biləcəklər. Hesab edirəm ki, bu yenilik bazarda dönüş nöqtəsi olacaq, həm bazar iştirakçılarının sayının artmasına, həm də məhsulların satışına müsbət təsir edəcək. Buna bənzər mexanizm Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının satışı zamanı tətbiq edilmişdir. İnsanlar “ASAN Xidmət” mərkəzlərinə müraciət etməklə istiqrazlara abunə yazılırdı və investisiya şirkətlərinə getməyə ehtiyac yox idi. İndi isə vətəndaşlar evdə oturub hansısa investisiya şirkətində hesab aça və bazarın iştirakçısına çevrilə biləcəklər. Təcrübə göstərir ki, bu mexanizm bazardakı volatilliyin yarıdan çoxunu təmin edir”, - deyə V.Namazov qeyd edib.

 

© Report

21.12.2017 08:31

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ