Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Mastercard” və “Bravo” birgə kampaniyaya start verir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mastercard” və “Bravo” birgə kampaniyaya start verir

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti və Azərbaycanda ərzaq məhsullarının pərakəndə satışı üzrə aparıcı supermarketlərdən biri olan “Bravo” bu il ərzində artıq ikinci birgə kampaniyaya start verir. Maraqlıdır ki, kampaniya həmçinin yeni açılmış “Bravo” hipermarketini əhatə edəcək.


Kampaniya çərçivəsində 40 AZN və ya daha yüksək məbləğdə alış-verişini “Mastercard” və ya “Maestro” kartları ilə ödəyən bütün müştərilər elə yerindəcə təklif edilən hədiyyələrdən birinə sahib olacaqlar. Kampaniya “Gənclik Mall”da yerləşən “Bravo” supermarketində, “Bravo 1” hipermarketində (Əhmədli qəs.) və “Bravo 2” hipermarketində (“20 Yanvar” metro stansiyası) keçiriləcək.


Hədiyyə almaq üçün “Mastercard” və “Maestro” kartlarının istifadəçilərinə sadəcə Müştəri Xidmətləri masasına yaxınlaşıb, əməkdaşlara ödəniş qəbzini təqdim etmək kifayətdir. Kampaniya dekabırın 25-dən yanvarın 15-dək davam edəcək və “Mastercard” kredit və debet və ya “Maestro” debet kartlarının sahibləri aksiyadan gündə bir dəfə yararlana biləcəklər.


“Biz öz sahəsində aparıcı brendlərdən biri olan “Bravo” ilə əməkdaşlığı davam etməkdən və Azərbaycan istehlakçılarına bu ildə artıq ikinci kampaniya təqdim etməkdən məmnununuq. Yeni il getdikcə yaxınlaşır və biz kart sahiblərimiz üçün bayrama hazırlığı daha sevindirici etməyə şadıq. “Bravo” ilə birgə aksiya yalnız sərfəli alış-veriş etmək deyil, həm də hədiyyə və sürprizlər şəklində dəyərsiz üstünlüklərdən istifadə etmək imkanı yaradır”, - deyə “Mastercard”ın Azərbaycan üzrə meneceri Alper Meriç vurğulayıb..


Qeyd etmək lazımdır ki, “Bravo” supermarketləri sərfəli qiymətlərlə təzə ərzaq və qeyri-ərzaq məhsullarının geniş çeşidini təklif edir, eyni zamanda, daha geniş keçidlər, şəffaf qiymət siyasəti və sürətli kassalar sayəsində alış-veriş üçün ən əlverişli şəraiti təqdim edir.


Kampaniya aşağıdaki ünvanlarda yerləşən mağazalarda keçiriləcək: “Bravo Supermarket” (Fətəlixan Xoyski küç., 14, “Gənclik Mall”); “Bravo Hipermarket 1” (Əhmədli qəs., Ramiz Quliev küç., 4 (keçmiş radiozavod); “Bravo Hipermarket 2” (“20 Yanvar” metro stansiyasının yaxınlığı).

21.12.2017 10:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ