Ən yuxarı statik reklam_3

Devalvasiya günü "2 manat" açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
Devalvasiya günü "2 manat" açıqlaması
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Buna nail olsaq, Dollar 2 manatı keçməyəcək"


 

“AzFinance” investisiya şirkəti manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb.

 

Şirkətin direktor müavini Murad Əhmədov bildirib ki, hazırda dövlət büdcəsinin daxilolmalarında neft sektorunun payı yüksəkdir.

 

Onun fikrincə, büdcə daxilolmalarında qeyri-neft sektorunun payının artması manatın məzənnəsini daha da sabitləşdirə bilər:

 

“Buna nail olsaq, bir şeyi dəqiq deyə bilərəm ki, 1 dolların məzənnəsi 2 manatı keçməyəcək. Bizi neftin qiyməti də təəssüfləndirə bilər və bu amili unutmaq olmaz. Neftin qiyməti kəskin dəyişərsə və bizim ticarət tərəfdaşlarımızın valyutası, yəni Rusiya rublu və Qazaxıstan təngəsi ucuzlaşarsa, manat da ciddi təzyiqlərlə üzləşəcək. Dəqiq proqnoz vermək çətindir. Manatın məzənnəsinin sabit saxlanılması üçün Mərkəzi Bank tərəfindən nə qədər vəsaitin xərclənəcəyini də bilmirik. Bir daha qeyd edirəm ki, büdcə daxilolmalarında qeyri-neft sektorunun payı nə qədər çox olarsa, dolların məzənnəsi bizi daha az narahat edər”.

 

Qeyd edək ki, bu gün Azərbaycan manatının ikinci devalvasiyasından 2 il ötür.

 

© APA

21.12.2017 10:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ