Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda vağzalda partlayıcının axtarışlarına itlər cəlb edilib - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda vağzalda partlayıcının axtarışlarına itlər cəlb edilib - YENİLƏNİB

Vağzala bomba qoyulması məlumatı yalan çıxdı - Axtarışlar başa çatdı.

 

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması məlumatı yanlışdır.

 

Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

 

Onun sözlərinə görə, daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşlarının Bakı Dəmir Yolu Vağzalında apardığı axtarışlar başa çatıb: "Axtarışlar nəticəsində məlum oldu ki, daxil olan məlumat yanlışdır. Heç bir partlayıcı maddə tapılmayıb. Vağzalda bilet satışı da, digər bütün işlər də bərpa olunub, iş rejimi normal qaydada davam edir".

 


XXXXXX

Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib.

 

Bunu  "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

 

Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.

 

O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.

 

Əlavə edək ki, vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib.

 

XXX

 

Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.

 

Vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

 

Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir.

 

Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyə edilib. Vağzalın ətrafı lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmır.

 

© APA

21.12.2017 13:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ