Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Loqotipin hazırlanması üzrə müsabiqə elan edldi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Loqotipin hazırlanması üzrə müsabiqə elan edldi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs korporotiv loqotipin hazırlanması ilə əlaqədar müsabiqə elan edir. Korporotiv loqonun dizaynı özündə institutun fəaliyyəti, strategiya və missiyasına dair elementləri əks etdirməlidir. Həmçinin loqo rəngli və konseptual görünüşlü olmalıdır.

 

İnstitutun fəaliyyəti aşağıdakılardır:

 

- İnstitut Azərbaycan Respublikasının milli standartlaşdırma qurumudur və onun əsas fəaliyyət istiqamətləri milli standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətlərin həyata keçirilməsindən ibarətdir;

 

- İnstitut texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə vahid dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi və sahənin inkişafının təmin edilməsi üçün təkliflər verir.

 

Müsabiqədə yalnız indiyə qədər istifadə edilməyən və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan həllər iştirak edə bilər. Loqo dizaynlarına müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib elan olunacaq. Layihə təkliflərini 2018-ci ilin 22 yanvar tarixinədək [email protected] elektron poçtuna və ya institutun Bakı şəhəri, İsaqzadə qəsəbəsi 7-ci köndələn ünvanında yerləşən inzibati binasına göndərə bilərsiniz.

 

Əlaqələndirici şəxs: Fəridə Bəşirova- şöbə müdiri Tel: (012) 514 96 03 (110) E-mail: [email protected]

21.12.2017 11:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ