Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Yeni abunəçi sayında rekord

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni abunəçi sayında rekord

Qlobal internet televiziya şəbəkəsi Netflix-in, 2016-ci ilin dördüncü rübündə xalis mənfəəti və gəlirlərinin artdığı bildirilib.


 
"Marja" Netflix-dən verilən məlumata istinadən xəbər verir ki, ötən ilin dördüncü rübündəki gəlirin, 2015-in eyni dövrü ilə müqayisədə 36 faiz artımla 2,48 milyard dollar olduğu bildirilib. Şirkətin gəliri 2015-in eyni dövründə 1,82 milyard dollar olmuşdu.

Reklam_3_11


 
Şirkətin ötən ilin dördüncü rübündə xalis mənfəəti də 54 faiz artaraq 66,8 milyon dollar olub. Netflix, 2015-ci ilin oktyabr-dekabr dövründə 43,2 milyon dollar xalis qazanc açıqlamışdı.


 
Netflix-in, xalis mənfəət və gəlirindəki artımın ardından Nyu-York Birjasında səhmi başına qiyməti 9,2 faiz artaraq 145,52 dollara qədər yüksəlib.
 
 
Netflix, 2016-nın dördüncü rübündə dünya üzrə təxminən 7 milyon 50 min yeni abunəçi cəlb edib. Beləliklə, şirkət tarixində bir rübdə çatılan yeni abunə sayında da rekord qırılıb.


 
 Sözügedən yeni abunəçilərin 1 milyon 930 mini ABŞ-dan, 5 milyon 120 mini digər ölkələrdəndir.


 
Netflixin cəmi abunəçi sayı ABŞ-da 49 milyon 431 minə, ABŞ xarici ölkələrdə 44 milyon 365 minə çataraq bütövlükdə 94 milyona yaxınlaşıb.

20.01.2017 07:23

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ