Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

SOCAR istiqrazları ilə 120 milyonluq REPO gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR istiqrazları ilə 120 milyonluq REPO gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə SOCAR-ın istiqrazları ilə həyata keçirilən REPO-əməliyyatları üzrə qısamüddətli kreditlərin həcmi 120 mln. dollar təşkil edə bilər. Bunu SOCAR Capital-ın İnvestisiya və Əməliyyatlar Departamentinin direktoru Elxan Həsənov deyib.

 

Xəbər verildiyi kimi “PSG Kapital” broker şirkəti (SOCAR-ın istiqrazlarının marketmeykeri) 2017-ci il noyabrın 10-dan bu qiymətli kağızlarla REPO-əməliyyatlarına başlayıb. Beləliklə, SOCAR istiqrazlarının sahibi olan fiziki və hüquqi şəxslər neft şirkətinin istiqrazları ilə REPO-əməliyyatları vasitəsilə qısamüddətli kreditlər ala biləcəklər.

 

Belə əməliyyatlar üzrə ilk sövdələşmə 2017-ci il dekabrın 1-də bağlanıb.

 

"Verilmiş kreditlərin ümumi həcmi 5 mln. manat təşkil edib", - deyə E.Həsənov bu gün jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, kredit vəsaitləri illik 3,5%-lə verilir.

 

Kreditin maksimum həcmi borcalanın malik olduğu istiqrazların məbləğinin 95%-ni təşkil edir.

 

"Bizim təxmini hesablamalarımıza görə, 2018-ci ildə belə əməliyyatların ümumi həcmi 120 mln. dollar təşkil edəcək", - deyə E.Həsənov əlavə edib.

 

© İnterfaks-Azərbaycan

21.12.2017 12:54

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ