Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dövlət Agentliyi günəş və külək enerjisi istehsalının azalmasına aydınlıq gətirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Agentliyi günəş və külək enerjisi istehsalının azalmasına aydınlıq gətirib

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi son zamanlar Azərbaycanda günəş və külək enerjisi istehsalının azalması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.


Qurumun sədr müavini Nurəli Yusifbəyli açıqlamasında bildirib ki, azalma var, lakin onun həcmi nəzərəçarpacaq səviyyədə deyil: "Azalma əsasən kiçik su elektrik stansiyalarında var ki, o da daxil olan suyun miqdarından asılıdır. Günəş elektrik stansiyalarında isə ötən illə müqayisə orta hesabla 35-36 mln. kV/saat elektrik enerjisinin istehsalını gözləyirik ki, bu da növbəti ilin səviyyəsinə görə təqribən 5-6% yüksək olacaq".


Külək elektrik enerjisi stansiyasında baş verən azalmaya aydınlıq gətirən N. Yusifbəyli bildirib ki, 2016-cı ildə Yeni Yaşma külək stansiyasında sınaq-sazlama işləri həyata keçirilib: "Bu səbəbdən də stansiyada 4 mln. kV/saatdan artıq elektrik enerjisi istehsal etdik. İstismar nomenklaturasına görə, hər işləyən stansiya 100 saatdan sonra dayanmalıdır və baxış keçirilməlidir. Bu baxımdan 2016-cı ildə külək elektrik enerjisinin istehsalı daha əvvəlki illərə nisbətən çoxdur və bu il azalma baş verib. Ancaq hazırda Yaşma Elektrik Stansiyasında iki aqreqat, Qobustan Elektrik Stansiyasında külək qurğuları işləyir. Düşünürəm ki, ilin sonunda külək elektrik stansiyalarında enerji istehsalındakı azalma ciddi olmayacaq". 

 

© APA

21.12.2017 12:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ