Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-ın Qüds qərarını geri götürməsini nəzərdə tutan layihə BMT-də qəbul edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın Qüds qərarını geri götürməsini nəzərdə tutan layihə BMT-də qəbul edilib

 

Trumpın Qüds qərarını tənqid edən layihə BMT Baş Məclisində, ABŞ-ın təhdidlərinə baxmayaraq 9-a qarşı 128 səslə qəbul edilib.


 
6 Dekabrda ABŞ Prezidenti Donald Trumpın, Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını açıqlamasının ardından başlayan proses bu gün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində keçirilən səsvermə ilə davam edib.


 
Birləşmiş Millətlər Təşkilatının üzvü olan 193 ölkədən 128 ölkə layihəni qəbul edib, 9 ölkə ABŞ-ın qərarını dəstəkləyib, 35 ölkə bitərəf qalıb.


 
ABŞ və İsrail nümayəndələri qərara dəstək istiqamətində səsə veriblər. Kanada bitərəf qalacağını açıqlayıb.


 
 ABŞ-ın BMT-də daimi nümayəndəsi Nikki Haley, BMT tribunasından etdiyi çıxışında səsvermə nəticənin ABŞ-ın BMT-yə baxışını dəyişəcəyini və səsvermə nəticəsini "xatırladacaqlarını" bildirib.

21.12.2017 20:54

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ