Pendir suyunun verdiyi dada görə bəyənilən çörək brendi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pendir suyunun verdiyi dada görə bəyənilən çörək brendi!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ağcabədi çörəyi”nin daha dadlı və keyfiyyətli olması xəmirin mayalanmasında pendir suyundan istifadə edilməsidir.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu Ağcabədi Çörək və Un Məmulatları Zavodunun direktoru İlqar Yusifov bildirib.

 

“Ümumi dəyəri 4 milyon manat olan zavodun qurulması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 1.4 milyon manat kredit götürmüşəm. Gündəlik istehsal gücü 20 ton olan zavodda iki çörək istehsalı xətti quraşdırılmışdır. Yeddi növ çörək və 20 çeşiddə un məmulatları istehsal edirik. Çalışırıq ki, “Ağcabədi çörəyi” süfrələrin bəzəyi olsun, dadı, keyfiyyəti ilə seçilsin. Bunun üçün lazımi tədbirlər görürük. “Atena”dan pendir suyu alıb xəmirin mayalanmasında istifadə edirik. Bu isə, öz növbəsində, çörəyin və ayrı-ayrı un məmulatlarının daha dadlı və keyfiyyətli olmasına, eyni zamanda məhsulların saxlanma müddətinin xeyli artmasına əhəmiyyətli təsir göstərir. Gələcəkdə zavodun özündə süd emalı sexi yaratmaq fikrindəyik. Bunu edəndən sonra başqa müəssisələrdən pendir suyu almağa ehtiyac qalmayacaqdır”.


Zavodda istehsal olunan çörək və un məmulatlarını alıcılar çox bəyənirlər. “Ağcabədi çörəyi” brendi ilə təqdim olunan məhsullar yüksək keyfiyyəti ilə hər kəsi razı salır. 

22.12.2017 04:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ